"Qəbələ" "Dinamo"dan güclüdür"

15:51 - 7 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Batumi “Dinamo”sunu hər iki oyunda məğlub edən (4:0, 1:0) Polşanın “Yagellonia” klubu 2-ci təsnifat mərhələsində təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Gürcüstan təmsilçisiylə ev oyunundan sonra komandanın 26 yaşlı yarımmüdafiəçisi Fyodr Çernıx “Qəbələ” barədə fikirlərini bildirib. Litva millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında təmsilçimizlə oyunların çətin keçəcəyini deyib:

 

“Böyük hesabla qalib gəldiyimizə görə sevinirik. İlk tapşırığın öhdəsindən gəldik. İndi bizi Azərbaycana uzun səfər gözləyir. Hamımız “Qəbələ”nin yaxşı komanda olduğunu bilirik və "Dinamo"dan da güclüdü. Bu komandanın Avropa Liqasındakı oyunlarını görmüşük. Səfər oyunu bizim üçün çox çətin olacaq. Səfərdə bir komanda kimi yaxşı oyun sərgiləməli və sərfəli nəticə ilə qayıtmalıyıq. Cavab oyunu doğma azarkeşlərimiz önündə olacaq. Fikrimcə, azarkeşlərimizin dəstəyilə evdə yaxşı nəticə əldə edə bilərik. İnanıram ki, növbəti mərhələ bizim üçün uğurlu olacaq”.

 

Xatırladaq ki, “Qəbələ” və “Yagellonia” arasında ilk oyun iyulun 13-də Bakıda, cavab oyunu isə bir həftə sonra Polşada baş tutacaq.

Xəbər xətti