"Atletik"in futbolçularından xərçəng xəstəliyi olan oyunçuya dəstək FOTO

19:46 - 7 İyul 2017

Bilbaonun "Atletik" klubu təqdirəlayiq hərəkəti ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi xərçəng xəstəliyindən əziyyət çəkən futbolçusu Yeray Alvaresə dəstək olub. Belə ki, 2017/2018-ci il mövsümünün hazırlıqlarına başlayan İspaniya klubunun bütün futbolçuları komanda yoldaşlarına dəstək olmaq üçün saçlarını kəsdirib. 

 

Qeyd edək ki, 22 yaşlı müdafiəçidə 2016-cı ildə xərçəng aşkarlanmışdı. Həmin vaxt əməliyyat olan futbolçu yenidən yaşıl meydanlara dönsə də, iyun ayında futbolçunun səhhəti yenidən ağırlaşıb. Alvaresə kimya terapiyası tətbiq edilib.

 

Athletic, Alvarez için saçlarını kazıttı

Xəbər xətti