“Oyunu təhlil edərkən, onu demək olar ki, ədalətli nəticə olmadı. Heç-heçə daha ədalətli olardı”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Fola” klubunun baş məşqçisi Jeff Strasser deyib. Lüksemburq klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Bakının “İnter” klubuna məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
- Əlimizə düşən imkanlardan yararlana bilsəydik, hesab başqa cür ola bilərdi. Son dəqiqələrdə qol buraxıb məğlub olduq. Nə etmək olar?.
- Bu nəticə sizə növbəti mərhələ üçün nə qədər şans saxlayır?
- Əgər statistikaya baxsaq, “İnter”in şansı yüksəkdir. İkinci oyunda şanslarımızdan istifadə etməyə və mərhələ adlamağa çalışacağıq.
- Hər iki ölkə çempionatının bürünc mükafatçılarının duelində bu hesabı ədalətli saymaq olarmı? Nəzərə alaq ki, bizim çempionatın 4-cüsü olan “Zirə” sizdə ikinci yeri tutan “Differdanj”ı asanlıqla mübarizədən kənarlaşdırıb...
- Birbaşa görüşlərdə biz də “Differdanj”a uduzmuşduq. İlk dəfə idi ki, “Differdanj” çempionatı bizdən üst səviyyədə bitirmişdi. Bizim çempionatdakı sistem sizinki ilə müqayisədə fərqlidir.
- “İnter”dən belə oyun gözləyirdiniz?
- Oyundan öncə “İnter”i tanıyırdıq və onlardan belə oyun gözləyirdik. Oyunu analiz edəndə də gördük ki, “İnter” öz oyununu meydana qoydu. İndi öz oyunumuzu dəyişməli və cavab matçında sərfəli nəticə əldə etməyə çalışmalıyıq.
saytlarin hazirlanmasi