"İnter" "Fola"ya yeganə qolla qalib gəldi VİDEO

23:51 - 12 İyul 2017

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. 

 

Sportal.az xəbər verir ki, günün yeganə qarşılaşması Bakıda oynanılıb. Bakının “İnter” klubu doğma azarkeşləri önündə Lüksemburq təmsilçisi “Fola”nı sınağa çəkib. Əvvəlki mərhələdə daha güclü “Mladost”u mübarizədən kənarlaşdıran Zaur Svanadzenin komandasının asanlıqla qələbə qazanacağı gözlənilsə də, bu, belə olmayıb. 

 

Belə ki, sabiq "bankirlər" yalnız son dəqiqələrdə vurduğu qolla qələbə qazanmağı bacarıblar - 1:0.

 

Tərəflər arasında cavab oyunu iyulun 20-də Lüksemburqda keçiriləcək.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

“İnter” – “Fola” - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

 

Xəbər xətti