"Astra"nın baş məşqşçisi Edvard Yordanski Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Zirə" ilə keçirəcəkləri oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, mütəxəssis favaorit olmadıqlarını bildirib:
"Yeni mövsümə başlayırıq. Bu oyunda biz nəinki klubumuzu, bütövlükdə Rumıniya futbolunu təmsil edəcəyik. Favorit bizik, amma ehtiyatlı olmalıyıq. Hər iki oyuna hazır olacağımıza söz verirəm. Amma istəyimiz baş tutmaya bilər. Yaxşı oyun sərgiləməyə çalışacaq. Bütün gücümüzü ortaya qoyacağıq ki, növbəti mərhələ şanslarımızı qoruyaq".
39 yaşlı çalışdırıcı "Zirə"nin oyunu barədə bunları söyləyib:
"Rəqibin keyfiyyətli futbolçuları var. İlk mərhələdə iki qələbə qazanması "Zirə"yə yeni inam və həvəs gətirib. Bu səbəbdən, meydana əmin və optimist ruhda çıxacaqlar. Onlar hücumda və əks-hücumlarda çox yaxşı təsir bağışlayır. Ümid edirəm ki, biz də yaxşı oyun sərgiləyərək, mərhələ adlayacağıq".
saytlarin hazirlanmasi