“İnter”in Avropa Liqasının II təsnifat mərhələsininin ilk oyununda “Fola”ya (Lüksemburq) qalib gəlməsi (1:0) Azərbaycanın UEFA klub reytinqindəki reytinq xalını zənginləşdirib.
Sportal.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırıb. Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 16,250-yə yüksəlib. Bununla da 21-ci pillədəki yerini möhkəmləndirən ölkəmiz Bolqarıstan və Belarusu geridə qoyub.
Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum – 1.500 xal toplayıb.
saytlarin hazirlanmasi