"Yagelloniya"nın futbolçusu Arvidas Novikovas Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyun öncəsi Polşa mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, litvalı yarımmüdafiəçi Bakıda qalib gəlməyə çalışacaqlarını bildirb:
"Qəbələ”nin ciddi komanda olduğunu bilirik. İlk matçı səfərdə keçirmək bizim üçün yaxşıdır. Bakıda qalib gəlməyə çalışacağıq. Qələbə qazana bilməsək, heç-heçə də yaxşı nəticə olacaq. Cavab oyununa sərfəli nəticə ilə çıxmaq istəyirik. Öz azarkeşlərimiz önündə istənilən komandanı məğlub edə bilərik. Həqiqətən də qarşıdakı oyun böyük əhəmiyyət kəsb edir".
Novikovas "Qəbələ"nin son ölkə çempionatındakı statistikasına da toxunub:
"Onlar evdə keçirdiyi 14 oyunun heç birində uduzmayıb və 11 görüşdə qalib gəlib. Lakin səfər göstəriciləri ortababdır: 3 qələbə, 7 heç-heçə və 4 məğlubiyyət. Qəbələdəki stadion UEFA-nın tələblərinə cavab vermədiyindən oyunun Bakıda keçirilməsi də bizim üçün müsbət amildir”.
saytlarin hazirlanmasi