Canluici Donnarumma "Milan"la müqaviləsini 4 il uzadıb.
Azarkeşlər bir müddət öncə "qırmızı-qaralar"la müqavilə uzatmaq barəsində razılıq əldə etmədiyi üçün gənc oyunçuya və onun agenti Mino Rayolaya böyük təzyiq etmişdilər. Hətta İtaliyanın U-21 millisinin heyətində oyun zamanı Donnarummaya saxta dollar atılmışdı.
Sportal.az xəbər verir ki, sözləşməsini yeniləyən 18 yaşlı qolkiper azarkeşlərə səslənib: "Milan" formasını geyinmək qürurdur. Bundan şübhə olmasın. Azarkeşlərə "xəyanət" hissini verdiyim üçün üzr istəyirəm. Mən formama və azarkeşlərə xəyanət etməmişəm. Söz-söhbətlər böyüsə də mənim "Milan"dan ayrılmaq niyyətim olmayıb".
Qeyd edək ki, Donnarumma "Milan"ın yetirməsidir.
saytlarin hazirlanmasi