"Yaqelloniya"nın baş məşqçisi: "Penaltimiz verilmədi" MÜSAHİBƏ

23:33 - 13 İyul 2017

“Çox çətin oyun oldu. Oyunun sonuna yaxın qələbə qazana bilərdik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot deyib.

 

Polşa klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qəbələ” ilə heç-heçə edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

“Bütün gücümüzü ortaya qoyduq. Cavab oyunu çox çətin oyun olacaq. Cütün taleyinə cavab oyununda aydınlıq gələcək”.

 

- Cavab oyununda şansları necə dəyərləndirirsiniz?

- Yenə şanslar bərabərdi. Çünki “Qəbələ” hücumda yaxşı oynayır. Düzdü, qol vurduq, amma həm də qol buraxdıq.

 

- Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?

- Hakimlər haqda danışmaq istəmirəm. Bu barədə danışmaq mənim işim deyil. Amma iki epizoddn narazıyam və həmin epizodları izləyəcəyəm. İlk hissədə penaltimiz verilmədi. Belə daha bir epizod oldu. Düşünürəm ki, bu gün hakimlərin işi çox çətin oldu. 

Xəbər xətti