"Yaqelloniya"nın futbolçusu: "Rəqibə hörmət etməliyik"

11:46 - 14 İyul 2017

Polşanın "Yagelloniya" komandasının futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

 

"Çətin oyun olacağını bilirdik. Çünki yaxşı rəqiblə oynayırdıq. Ancaq buna baxmayaraq, öz bacarığımızı göstərdik. Bu oyunçulara qarşı oynamaq asan deyil. İşimizin öhdəsindən gəldik. Bu cür isti hava şəraitində oyanamaq asan deyildi. Ancaq rəqib bu havaya öyrəşmişdi. Polşaya sakit qayıdırıq. Cavab görüşündə də rəqibə hörmət etməliyik. Oyuna daha çox konsentrasiya olmalıyıq və fürsətlərdən istifadə etməliyik. Çünki Avropa Liqasında oynayırıq.  Növbəti oyunda iki qol fürsəti yaradıb fərqlənə də bilərik".

Xəbər xətti