“Astra”nın heyətində ilk dəfə meydanda oldum və 45 dəqiqəyə 1 qol vurdum. Çox sevinirəm. Mənim üçün yaxşı oyun oldu. Qol vurduğum görüşdə qələbə qazandıq. Hələ tam hazır deyiləm. Daha çox çalışmalıyam".
Sportal.az xəbər verir ki, bu sözləri "Astra"nın yeni transferi Antoni Le Tallek Avropa Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə ilk oyundan (3:1) sonra "Dolce Sport"a deyib. Komandasının üçüncü qolunun müəllifi olan 32 yaşlı hücumçu bu qələbə sayəsində növbəti mərhələyə yüksəlmək şanslarının xeyli artdığını bildirib:
"Bu üstünlüyü qorumaq üçün səfərdəki görüşdə yaxşı müdafiə olunmalıyıq. Bundan sonra qol və ya qollar barədə düşünmək olar. Qardaşım da “Srvena Zvezda”da çıxış edir. Növbəti mərhələdə onunla qarşılaşmaq istərdim”.
Qeyd edək ki, "Zirə" - "Astra" görüşü iyulun 20-i keçiriləcək
saytlarin hazirlanmasi