"Yagelloniya" "Qəbələ" ilə oyuna ciddi itkilərlə çıxacaq

14:21 - 17 İyul 2017

"Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" klubu ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, Belos təmsilçisi cavab oyununda 3 və ya 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

 

Bakıdakı oyunda zədəli olduqları üçün meydana çıxa bilməyən müdafiəçi Pyotr Tomasik, hücumçu Karol Sviderski və yarımmüdafiəçi Pjemıslav Frankovskiyə Yatsek Qoralski də qoşulub. 24 yaşlı yarımmüdafiəçi ilk oyunda zədələnib. Topuğu burxulan futbolçu 53-cü dəqiqədə əvəzlənməli olub. Onun cavab matçında oynaması sual altındadır.

 

Qeyd edək ki, tərəflər arasındakı ilə oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Cavab oyunu iyulun 20-də Belostokda keçiriləcək. 

Xəbər xətti