Məşhur futbolçu 31 yaşında karyerasını bitirdi

15:20 - 17 İyul 2017

İspaniya millisinin sabiq futbolçusu Migel Peres Kuesta - Miçu karyerası haqda önəmli qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu futbolçu karyerasını başa vurub. Son olaraq "Real Oviedo"da çıxış edən futbolçu əvvəlki formasından uzaq qaldığı üçün bu addımı atıb.

 

Qeyd edək ki, Miçu "Suonsi Siti" klubunda məşhurlaşmışdı. Ulduzu parlayan futbolçu 2013-cü ildə İspaniya yığmasına da dəvət almış və bir oyun keçirmişdi. Miçunun "Napoli"dəki karyerası isə uğursuz alınıb. Ciddi zədə alan forvard keçmiş günlərinə heç cür qayıda bilmədi.

Xəbər xətti