Totti "Roma" rəsmisi oldu

18:52 - 18 İyul 2017

Son mövsümü "Roma"nın heyətində keçirən və "canavarlar"dan ayrılan Françesko Tottinin gələcək aqibətinə aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, Totti bundan sonra da "Roma"ya xidmət edəcək. Sabiq futbolçu klub rəsmisi kimi fəaliyyət göstərəcək. "Roma"nın keçmiş kapitanı klubda direktor kimi çalışacaq.

 

Qeyd edək ki, Totti futbolçu karyerası boyunca yalnız "Roma"da oynayıb. O, 25 il ərzində 786 matça çıxıb, 307 qola imza atıb.

Xəbər xətti