"Qəbələ" səddini keçərək "Panatinaikos"la qarşılaşmaq istəyirik"

13:36 - 19 İyul 2017

"Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya”nın futbolçusu Lukaş Burliqa açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi cavab matçı barədə danışıb:

 

“Azərbaycanda qazandığımız nəticə çox yaxşıdır. Ancaq hələ cavab oyunu var. Doğma meydanda göstərməliyik ki, əla komandayıq. Düşünürəm ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik. Düşünmürəm ki, rəqib Bakıdakı matçın ikinci hissəsindəki kimi açıq futbol oyanayacaq. Bununla belə, ehtiyatlı olmalıyıq ki, qol buraxmayaq. İlk oyunda rəqibin əks-hücumlarda təhlükəli olduğunu gördük. Onlar bir neçə epizodda qola yaxın oldular. “Qəbələ”nin texnikalı və çox sürətli futbolçuları var. Buna görə də sona qədər diqqətli olmalıyıq”.

 

Polşalı futbolçu “Panatinaikos”la oynamaq arzusunda olduqlarını qeyd edib:

 

“Qəbələ” səddini keçərək “Panatinaikos”la qarşılaşmaq istəyirik. Bu, bizim arzumuzdur. “Panatinaikos”la görüşlər bizə daha çox təcrübə qazandırar”.

Xəbər xətti