İreniuş Mamrot: "Qəbələ"nin güclü komanda olduğunu bilirik"

13:01 - 20 İyul 2017

“Cütün taleyinə hələ aydınlıq gəlməyib. Rəqibin güclü komanda olduğunu bilirik. Bizi çətin qarşılaşma gözləyir. Həm fiziki, həm də taktiki cəhətdən ağır oyun olacaq, amma bu görüşə hazırıq”.

 

Sportal.az xəbər verir, bu sözləri “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot söyləyib. Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq Polşa klubunun çalışdırıcısı oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

 

46 yaşlı mütəxəssis komandasına inandığını bildirib: “İlk oyunda sərfəli nəticə qazanmağımız heç nə demək deyil. Bütün suallara 90 dəqiqənin sonunda aydınlıq gələcək. Qarşılaşma əlavə vaxta da gedər bilər. Bir sözlə, hər şey mümkündür. “Qəbələ”nin necə güclü, əzmkar və hücum etməyi düşünən komanda olduğunu Bakıdakı qarşılaşmada gördük. İlk qarşılaşmdan da yaxşı oynamalıyıq ki, nəticə əldə edə bilək. Komandama güvənirəm”.

 

Qeyd edək ki, sözügedən qarşılaşma 22:30-da başlayacaq.

Xəbər xətti