"Astra"nın baş məşqçisi: "Bunlar futbolda baş verən hadisələrdi" MÜSAHİBƏ

00:19 - 21 İyul 2017

“Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün çətin oyun oldu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Astra”nın baş məşqçisi Eduard Yordanesku deyib.

 

Rumıniya klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Zirə” ilə heç-heçə edib və iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “İlk hissədə meydanda yaxşı rəqib gördük və mən oyunçularımızı buna hazırlamışdım. Bundan sonra növbəti mərhələ haqda düşünməliyik. Növbəti mərhələyə keçdiyimiz üçün xoşbəxtəm. Komandamda bəzi problemlər var, onları aradan qaldırmağa çalışacağıq”.  

 

- Futbolçularınız vaxt öldürürdü. Hətta meydana daxil olan həkiminiz də qaçmağa cəht etmirdi. Bu, futbol prinsiplərinə nə dərəcədə uyğundur?

- Təbii ki, bütün bunlar futbolda baş verən hadisələrdi. Rumıniyada baş tutan oyunda da “Zirə” futbolçuları buna yol verirdilər. Əlbəttə, bu, bir strategiyadır. Rəqib səni sıxırsa, deməli, buna qarşı nəsə etməlisən.

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Əlbəttə, ədalətli oyun oldu. Hakimləri başa düşmək olar, onlara qarşı təzyiq olurdu. Bütün bunlara baxmayaraq, razı qaldım. 

Xəbər xətti