Marmot: "Qəbələ" çox effektiv oyun sərgilədi"

11:44 - 21 İyul 2017

"Məyus olduğumuz heç kimə sirr deyil. Bu oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Bizim oyunda topu qəbul edərkən aqressiya, qərarlılıq və topla cəld davranma çatışmırdı".

 

Sportal.az xəbər verir ki, bu sözlər Polşanın "Yagelloniya" klubunun baş məşqçisi İreniuş Mamrota məxsusdur. 

 

Belostok təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Qəbələ"yə məğlub olub və iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

 

Mamrot "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra mətbuat konfransı keçirib. O, məğlubiyyəti "Qəbələ"nin güclü komanda olması ilə əlaqələndirib: "İlk hissənin son 10 dəqiqəsində yaxşı oynadıq və yüz faizli qol imkanları yaratdıq. Təəssüf ki, əlimizə düşən imkanlardan yararlana bilmədik. Hesab 1:1 olsaydı, başqa cür oyun sərgiləyərdik. İkinci hissədə komandanı motivasiyaya görə günahlandırmaq olmaz. Biz cəhd etsək də, rəqib bizi əks-hücumda yaxaladı və ikinci qolunu vurdu".

 

Mütəxəssis bildirib ki, oyundan sonra futbolçulara təşəkkür edib: "Qonaq komanda çox effektiv oyun sərgilədi. Mən paltardəyişmə otağında da oyunçulara dedim ki, başınızı dik tutun. Çünki komandamın məğlubiyyətə necə məyus olduğunun şahidi oldum. Avropa Liqaı oyunları futbolçularımız üçün hədiyyə idi". 

 

Mamrot III təsnifat mərhələindəki rəqib "Panatinaikos"la qarşılaşa bilmədikləri üçün təəssüf hissləri keçirdiklərini vurğulaıb: "Bütün komanda, azarkeşlər "Panatinaikos"la oyuna köklənmişdi. Təəssüf ki, bunu reallaşdıra bilmədik".

Xəbər xətti