"Panatinaikos"un futbolçusu: "Qəbələ" haqda məlumatım yoxdu"

12:30 - 21 İyul 2017

"Alkmaar kimi güclü komandaya qarşı yoxlama oyununda komandamız yaxşı təsir bağışladı. Düşünürəm ki, komandamızda bəzi çatışmayan cəhətlər var. Gələn həftəyə qədər 100 faiz hazır olmalıyıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Yunanıstanın "Panatinaikos" klubunun futbolçusu Omri  Altman deyib.

 

Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi dünən yoxlama görüşündə “Alkmaar” üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Oyundan sonra yerli mətbuata danışan Altman "Qəbələ" haqda da fikir bildirib: "Artıq bizim üçün avrokubok mövsümü başlayır və rəsmi matçlar fərqlidi. O ki qaldı rəqibə, açığı, “Qəbələ” haqda heç nə bilmirəm. Əgər rəqibimiz III təsnifat mərhələsinə vəsiqə qazanıbsa, deməli, yaxşı komandadırlar". 

Xəbər xətti