"Yagelloniya"nın futbolçusu: "Qəbələ"nin ilk qolda bəxti gətirdi"

15:32 - 21 İyul 2017

“Bakıdakı ilk görüşdə qələbə qazanmaq üçün daha yaxşı şansımız var idi.  Ancaq rəqibin güclü komanda olduğunu da görürdük. İlk oyunda istifadə edə bilmədiyimiz qol imkanları bu gün bizə baha başa gəldi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Yagelloniya”nın futbolçusu Killian Şeridan Avropa Liqasının 2-ci təsifat mərhələsinin “Qəbələ” ilə cavab oyunundan sonra deyib. Məğlub olduqları görüş (0:2) haqda klubun rəsmi saytına açıqlama verən irlandiyalı hücumçu şanssızlıqla üzləşdiklərini bildirib:

 

“Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı. Bizim də şanslarımız oldu. Ancaq top sanki bizə qulaq asmırdı. Əvəzində rəqibin ilk qolda bəxti gətirdi. Bundan sonra onlar özlərini yaxşı hiss etdilər, daha bir neçə qol imkanları oldu. Biz isə Bakıdakı qarşılaşmada birinci qoldan sonra bunun ardını gətirə bilmədik”.

Xəbər xətti