Argentinalı futbolçu "Qəbələ"yə qarşı oynamayacaq

01:33 - 23 İyul 2017

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təmsilçimizlə qarşılaşmanın hazırlığına sabahdan başlayacaq.

 

Sportal.az xəbər verir ki, komanda bu günü dincəlməklə keçirəcək.

 

Oyun gününə qədər hər gün oyunçularına məşq keçəcək baş məşqçi Marinos Ozunidisi bir oyunçunun durumu narahat edir. Belə ki, argentinalı yarımmüdafiəçi Lukas Villafanez zədə ucbatından kollektivdən ayrı qalıb. 26 yaşlı hücumameyilli futbolçu sabahkı məşqdə fərdi hazırlıqla kifayətlənəcək. Onun “Qəbələ” ilə ilk görüşə yetişməyəcəyi artıq dəqiqdi. Argentina gənclər millisinin sabiq üzvü hətta Bakıdakı cavab oyununu da buraxa bilər.

 

Qeyd edək ki, “Panatinakos”la “Qəbələ” arasında ilk matç iyulun 27-də Afinada keçiriləcək.

Xəbər xətti