“Panatinaikos”un 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq

18:14 - 23 İyul 2017

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Giorgos Kutroubis təmsilçimizlə oyunu buraxacaq. Buna səbəb 26 yaşlı futbolçunun appendisitdən əməliyyat olmasıdır. Onun cavab oyununa hazır olacağı da gözlənilmir.

 

Bundan başqa, zədələnən argentinalı yarımmüdafiəçi Lukas Villafanes də “Qəbələ” ilə ilk oyunda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun iyulun 27-də Afinada olacaq.

Xəbər xətti