Bakka "Milan"dan ayrıldı: Fransaya üz tutur

18:49 - 23 İyul 2017

Son iki mövsümü "Milan"da keçirən və 34 qola imza atan hücumçu Karlos Bakka yolun sonuna gəlib.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı forvardla yollar ayrılıb. Bakka yaxın günlərdə Fransanın "Marsel" klubuyla müqavilə bağlayacaq.

 

"Qırmızı-qaralar"ın baş məşqçisi Vinçenzo Montella Beynəlxalq Çempionlar Kubokunda "Bavariya"ya qarşı keçirdikləri matçda (4:0) Bakkanı oynatmamasının səbəbini belə izah edib: "Bakka fiziki cəhətdən hazırdır. "Bavariya"ya qarşı qalib gəldiyimiz matçda şans vermədim, çünki transfer məsələsi var. Avropa Liqasındakı oyunlar üçün UEFA-ya sifariş verməmişik".

 

Bakkanın ayrılığını açıqlayan çalışdırıcı forvardın yeni klubunun adını açıqlamaqdan imtina edib. Lakin Fransa mətbuatında yer alan məlumata görə, "Milan" "Marsel"in 30 yaşlı futbolçu üçün göndərdiyi 20 milyon avroluq təklifini qəbul edib və Kolumbiya yığmasının üzvü Liqa 1 təmsilçisinə transfer olacaq.

 

Qeyd edək ki, Bakka 2015-ci ildə "Sevilya"dan 30 milyon avro qarşılığında "Milan"a keçmişdi.

Xəbər xətti