Təxminən iki ay öncə İspaniyanın "Atletik" klubunun futbolçusu Yeray Alvaresdə xərçəng xəstəliyi aşkarlanmışdı.
Sportal.az xəbər verir ki, həmin dövrdən bəri ciddi müalicə alan müdafiəçi artıq sağalıb və məşqlərə başlayıb. 21 yaşlı futbolçunun hazırda özünü çox yaxşı hiss etdiyi qeyd olunur. Ötən gün klubun bazasında məşqlərə başlayan Alvares öncə yüngül qaçışlara üstünlük verib, daha sonra isə topla çalışıb. Məşq etməsinə baxmayaraq, futbolçunun yaşıl meydana qayıtmasının xeyli vaxt aparacağı bildirilir. Yerayın tam olaraq sıraya dönməsi ehtimalı sentyabrın ortalarınadı.
saytlarin hazirlanmasi