Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos”da ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, Afina təmsilçisi seleksiyaçı-məşqçi Xuan Ramon Roşa ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, argentinalı mütəxəssis 1980-1989-cu illərdə “Panatinaikos”un futbolçusu olub. 63 yaşlı veteran yarımmüdafiəçi 1994-1996, 1999-2000 və 2012-2013-cü illərdə komandanı çalışıdırıb.
saytlarin hazirlanmasi