"Fənərbaxça"nın Avroliqa oyunu azərbaycanlıya tapşırıldı

17:17 - 26 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya) oyununun hakim-inspektoru azərbaycanlı olacaq.

 

Sportal.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmaya hakim-inspektor kimi Asim Xudiyevi təyin edib.

 

Qeyd edək ki, “Fənərbaxça” - “Şturm” matçı avqustun 3-də İstanbulda keçiriləcək.

Xəbər xətti