"Panatinaikos"un baş məşqçisi: "Bakıdakı oyunda başımız ağraya bilər"

10:19 - 28 İyul 2017

"Düşünürəm ki, yaxşı oynadıq. Daha çox qol vura bilərdik".

 

Sportal.az xəbər verir ki, bu sözlər Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Marinos Uzunidisə məxsusdur. Afina təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin lk oyunları çərçivəsində öz meydanında "Qəbələ" üzərində minimal hesablı (1:0) qələbə qsazanıb.

 

Görüşdən sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib. O, cavab matçının daha çətin keçəcəyini deyib: "1:0 hesabı ilə qələbə qazanmışıq və bunu cavab oyunu öncəsi üstünlük saymaq olar. Amma rəqibimiz çox təhlükəli komandadır, düşünürəm ki, onları hər zaman diqqətdə saxlamaq lazımdır. Rəqibin heyətində elə futbolçular var ki, kiçik bir boşluqdan yararlanmağı bacarırlar. Ona görə də Bakıdakı oyunda onlara belə imkanlar verməməliyik. Əks halda, Bakıdakı oyunda başımız ağraya bilər". 

 

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

Xəbər xətti