"Panatinaikos"un kapitanı: "Qaçırdığımız epizodları xatırlayanda sevincim yox olur"

11:09 - 28 İyul 2017

"Panatinaikos" klubunun kapitanı Zeka Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbə sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yundan sonra yerli mətbuata açıqlama verən kapitan bəzi qol imkanlarını qaçırdıqlarına görə təəssüf hissləri keçirdiyini bildirib:

 

"Daha çox qol vurmalı idik. Oynadığımız futbola görə çox sevinirəm. Bu qələbə komandamıza inam verdi. Qələbə qazanmaq məni və komandanı xoşbəxt edir. Amma hesabın 1:0 olması ürəkaçan deyil, daha yaxşısını edə bilərdik. Qaçırdığımız epizodları xatırlayanda sevincim yox olur. Buna görə də ümumi mənzərəyə nəzər salsaq, qətiyyən xoşbəxt deyiləm". 

 

Zeka cavab matçı haqda da danışıb:

 

"Əlbəttə ki, Bakıya qələbə dalınca gedəcəyik. Başa düşürük ki, rəqib cavab matçında irəli atılmağa, qollar vurmağa can atacaq. Azərbaycandakı oyunda hesabı qorumaq üçün oynamayacağıq. Çünki yaxşı komanda olduğumuzu sübut etməliyik".

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək. 

Xəbər xətti