UEFA-nın reytinqi: Azərbaycan mövqeyini qorudu

11:32 - 28 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

 

Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qəbələ" növbəti oyununu keçirdi. Səfərdə Yunanıstan "Panatinaikos"u ilə qarşılaşan bölgə klubu 0:1 hesablı məğlubiyyətlə üzləşdi. Bu üzdən də "Qəbələ" bu dəfə Azərbaycanın reytinqinə əlavə xal yazdıra bilmədi.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.125 reytinq xalı var. Onun 2.375 xalı (0.750 "İnter", 0.625 "Zirə", 0.625 "Qarabağ", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər xətti