"Panatinaikos"un prezidenti: "Bunun davamını cavab oyununda gətirmək lazımdır"

11:48 - 28 İyul 2017

"Panatinaikos" klubunun prezidenti Manos Mavrokuklakis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbə sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi komandasına inandığını və cavab matçında yaşı nəticəyə ümid etdiyini dilə gətirib:

 

"Möhtəşəm matç idi. Çox yaxşı futbol sərgilədik, tam razıyam. Nəzərə alma lazımdır ki, bəzi oyunçularımız hələ də hazır deyil. İlk oyunda qələbə qazandıq və bunun davamını cavab oyununda gətirmək lazımdır. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik". 

 

Klub prezidenti "Qəbələ" ilə oyunda komndaya dəstək verən azarkeşlərə də təşəkkür edib: "Qələbədə azarkeşlərmizin də payı var. Bizi dəstəkləyənlərə təşəkkür edirəm. Bu mövsüm onları daha çox sevindirməyə çalışacağıq". 

Xəbər xətti