"Azarkeşlərimizə görə "Qəbələ" heç nə edə bilmədi"

15:15 - 29 İyul 2017

"Qəbələ" ilə çox yaxşı oynadıq. Matçın ilk 1/4 hissəlik bölümündən sonra topa nəzarət etməyə başladıq. Fikrimcə, meydanda daha üstün tərəf idik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Panatinaikos"unun futbolçusu Niklas Hult Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunundan sonra  Yunanıstan mətbuatına açıqlamasında bildirib. 

 

27 yaşl isveçli sol cinah müdafiəçisinin fikrincə, Afinadakı qarşılaşmada daha çox qol vura bilərdilər: "Buna görə də cəmi bir qol vurmağımıza sevinmirik. Əlbəttə, daha çox fərqlənə bilərdik. Amma sevinirik ki, top buraxmadıq. Çünki bu da çox vacibdir. Cavab oyununda da belə çıxış etməliyik. Ötən illə müqayisədə hücum xəttində çoxlu oyunçunun çatışmırdı. Yenilərə kömək etməliyik. Omri Altman cəmi bir aydır bizimlədi və işinin öhdəsindən çox yaxşı gəlir. Getdikcə  bundan da yaxşı olacaq. Gilyermo Molins qol vuraraq, keçmiş hücumçumuz Markus Berqin rolunu öz üzərinə götürdü".

 

Hult "Qəbələ"ni yaxşı komanda hesab edir: "Rəqib futbol oynamaq istəyirdi. Amma bu, bizim stadionda onlara çətin idi. Çünki meydançaya yaxın olan tribunalardakı azarkeşlərimizdən dəstək, enerji alırdıq. Onların köməyi ilə rəqibə pressinq edir, təzyiq göstərirdik. Bu üzdən "Qəbələ" heç nə edə bilmədi. Hətta onlar hücumda olduqda belə top ayaqlarından, sadəcə, uçurdu. Bununla belə, rəqib əks-hücumlarda təhlükəlidi. Cavab oyununda biz çox diqqətli olmalıyıq".

Xəbər xətti