Ronaldo məhkəmədə ifadə verdi

16:54 - 31 İyul 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo məhkəmə qarşısına çıxarılıb.

 

Sportal.az xəbər verir ki, Ronaldo Posuelo-de-Alakron məhkəməsində ifadə verməli olub. O, vergidən yayınmaqda ittiham olunur.

 

Ronaldonu məhkəmə binası önündə 215 jurnalist gözləyib. Ancaq portuqaliyalı futbolçu məhkəmədən sonra jurnalistlərə açıqlama verməkdən imtina edib.

 

Qeyd edək ki, Ronaldo vergidən 14,7 milyon avro yayındırmaqda ittiham edilir. Günahı sübut olunacağı təqdirdə, onu 2 il həbs cəzası gözləyir.

Xəbər xətti