İspaniya məhkəməsi sözügedən ölkənin futbol federasiyasının prezidenti Anxel Mariya Vilyarı sərbəst buraxmağa razılıq verib.
Sportal.az xəbər verir ki, o, vəzifəsindən sui-istifadədə və korrupsiyada ittiham olunaraq bir müddət öncə həbs edilmişdi. Lakin "El Confidencial"ın bu gün yaydığı məlumata görə, artıq federasiya prezidentliyindən də uzaqlaşdırılmış Vilyarı məhkəmə 300 min avroluq girov müqabilində azadlığa buraxmaqla bağlı qərar qəbul edib.
Amma o, hər həftə məhkəməyə gəlməlidi. Sabiq prezidentin pasportu əlindən alınıb. Vilyara bundan sonra onun harada olduğunu göstərəcək mobil telefon da verilib. Yalnız bu şərtlərdən sonra onun sərbəst buraxılmasına razılıq verilib. Məhkəmənin yekun qərarının necə olacağını isə zaman göstərəcək.
saytlarin hazirlanmasi