17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.
Sportal.az xəbər verir ki, avqustun 8-dən 12-dək Bakıda, bu ayın 13-dən 17-dək isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək hazırlıq prosesinə "Neftçi”nin 7 futbolçusu dəvət olunub.
Bu barədə klubun saytı məlumat yayıb. Yığmaya İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirov çağırılıb.
saytlarin hazirlanmasi