"Barselona"nın baş məşqçisi Ernesto Valverde 222 milyon avro qarşılığında PSJ-yə transfer olan Neymar barədə danışıb.
Sportal.az xəbər verir ki, kataloniya klubunun çalışdırıcısı braziliyalı futbolçunu komandada saxlamaq istədiklərini bildirib:
"Hər insanın taleyi öz əlindədir. Neymar'ın qalmasını istədik, amma o da öz seçimini etdi. Biz artıq gələcəyimizə baxırıq".
Qeyd edək ki, PSJ-nin prezidenti Naser El-Xelaifi Neymarın PSJ-yə pula görə gəlmədiyini bildirib:
"Sizə qaranti verirəm ki, Neymar PSJ-ni pula görə seçməyib. Bizdə qazanacağı pulu başqa yerlərdə də qazana bilər. O, bura rəqabət və yeni macəra üçün gəldi. Dünyanın hər yerində bizim transfer manşetlərdə yer alıb. Bu transferdən hələ çox danışacağıq. Bir daha söyləyirəm ki, Neymar PSJ-yə pul üçün yox, titullara görə gəlib. Bizi seçdiyi üçün Neymara təşəkkürlər".
saytlarin hazirlanmasi