Bu gün UEFA Super Kubokunda “Real” və “Mançester Yunayted” klubları qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə Madrid klubunun çalışdırıcısı Zinıddin Zidan mıtbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, mövsümə yaxşı başlamaq istədiklərini bildirib: “Mövsümün ilk rəsmi oyunudur. Öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. “Mançester Yunayted”i yaxşı tanıyırıq, amma önəmli olan bizim nə edəcəyimizdir. Skopyeyə qalib gəlmək üçün gəlmişik. Başqa bizi heç nə maraqlandırmır”.
Qısa məşqçilik karyerasında ciddi uğurlar qazanan Zidan özünü dahi hesab etmədiyi vurğulayıb: “Joze Mourinyo “Real”da yaxşı işlər ortaya qoya bilib. Mən də həmin işləri görmək istəyirəm. Çempionlar Liqasını iki dəfə qazanmaq dahi olmaq anlamına gəlməməlidir”.
Zidan “Real”ı dünyanın ən böyük komandası adlandırıb: “Bütün komandalar “Real”ı udmaq istəyir. Çünki dünyada ən böyük klubuq. İşimizin hər il çətinləşdiyini bilirik. Ancaq bununla mübarizə aparmaq lazımdır”.
Fransalı mütəxəssis Super Kubok matçında Qaret Beyl və Kriştiano Ronaldonun oynaya biləcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Super Kubok matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi