Həftənin bazar günü "Barselona" ilə İspaniya Super Kubokunun qalibini müəyyənləşdirəcək "Real" oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, "kral klubu" yarımmüdafiəçisi Luka Modriçin xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə xorvatiyalı ulduzun 3 il əvvəl aldığı qırmızı vərəqdir. Belə ki, 31 yaşlı yarımmüdafiəçi 2014-cü ilin avqustun 22-də keçirilən "Atletiko" ilə Super Kubok matçında aldığı qırmızı vərəqəyə görə "Nou Kamp"da keçiriləcək ilk qarşılaşmada oynamayacaq. Həmin ildə "Real"la ilk oyunda 1:1 hesablı heç-heçə edən "Atletiko" cavab matçında 1:0 qalib gələrək kuboku başı üzərində qaldırmışdı. Modriç də cavab qarşılaşmasının 48-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq cəzalı durumua düşmüşdü.
İspaniyada olan qaydalara görə, Modriç qırmızı vərəqə cəzasını Super Kubok matçında çəkməli idi. 2014-cü ildən sonra "Real" iki mövsüm Super Kubokda çıxış etmədi.
2017/18 mövsümünə İspaniyada iki "El-Klassiko" ilə start veriləcək. Modriç avqustun 13-də "Nou Kamp"da keçiriləcək qarşılaşmada oynamayacaq. Xorvatiya yığmasının üzvü 4 gün sonra Madriddə baş tutacaq görüşdə şans qazana biləcək.
saytlarin hazirlanmasi