"Barselona" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Luis Suares sıradan çıxıb. Uruqvaylı forvard İspaniya Super Kubokunun cavab qarşılaşmasında "Real"la səfər matçında zədə alıb. Ulduz futbolçu bu səbəbdən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
30 yaşlı oyunçu La Liqada "Real Betis", "Alaves" və "Deportivo" matçları ilə yanaşı, Uruqvayın Argentina və Paraqvaya qarşı keçirəcəyi oyunlarda çıxış etməyəcək. Suares Kataloniya klubunun ÇL-dəki ilk oyununu da buraxacaq.
saytlarin hazirlanmasi