Məşhur qolkiper karyerasını başa vurdu

19:02 - 18 Avqust 2017

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper "Deportivo", "Las-Palmas", "Betis", "Sportinq" klublarından təklif almasına baxmayaraq, bu qərarı verib. Onun karyerasının bitirdikdən sonra televiziya aparıcısı işləmək istədiyi bildirilib.

 

Qeyd edək ki, Valdes 2002-2014-cü illərdə "Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatının qızıl medallarını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper, "Barselona”dan sonra İngiltərənin "Mançester Yunayted” və "Midlsbro”, eləcə də Belçika  "Standard”ının formasını geyinib.

Xəbər xətti