Adı "Qarabağ"la hallanan futbolçu üçün yeni iddia

12:44 - 22 Avqust 2017

Bir müddət əvvəl “Qarabağ”ın transfer siyahısında olması barədə xəbərlər yayılan İtaliya B seriyası təmsilçisi “Trapani”nin oyunçusu Nikola Çitro karyerasını vətənində davam etdirməyə yaxındı.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçunun xidmətində B seriyasının digər təmsilçisi “Frozinone” maraqlıdı. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “sarı-göylər”in Çitro ilə 3 illik müqavilə bağlamağı planlaşdırdıqları qeyd edilib.

 

Qeyd edək ki, Çitro son mövsümdə şans qazandığı 30 oyunda 5 qola imza atıb.

Xəbər xətti