Paşayevin komandası Avropa Liqası ilə vidalaşdı VİDEO

00:30 - 25 Avqust 2017

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin klubu - Ukrayna "Aleksandriya"sı da növbəti oyununa çıxıb. Sözügedən kollektiv doğma meydanda Belarusun BATE klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Millimizin müdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, bu komandalar arasında Belarusda baş tutan oyunda qalib müəyyənləşməmişdi. Ümumi hesabdakı məğlubiyyət Ukrayna klubunun Avroliqada mübarizəni dayandırmasına səbəb olub.

 

 

Xəbər xətti