"Roma"nın baş məşqçisi: "Qarabağ"ın oyununu qiymətləndirməmək olmaz"

01:52 - 25 Avqust 2017

“Roma”nın baş  məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrupunun püşkünə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis rəqibləri olan “Çelsi”, “Atletiko” və “Qarabağ” barədə danışıb:

 

“Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz. Son 4 ildə “Atletiko” iki dəfə ÇL-in finalında oynayıb. Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilərlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür. Onların Antonio Konte kimi yüksək səviyyəli məşqçiləri var”.

 

Eusebio di Françesko deyib ki, onlar çətin qrupa düşüblər:

 

"Amma biz üçüncü səbətdə yer aldığımızdan bu, gözlənilən idi. Bilirdik ki, bizi güclü komandalar gözləyir. Bizim qrupdakı hər bir komandaya hörmətimiz var. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq".

Xəbər xətti