"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" İtaliya A seriyasında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda 2-ci turda doğma meydanda "İnter"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Bununla da "canavarlar" 2008-ci ildən sonra ilk dəfə doğma meydanında "İnter"ə boyun əyib.
2 turdan sonra "Roma" 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "İnter" isə 6 xalla 2-cidir və top fərqinə görə lider "Yuventus"dan geri qalır.
"Roma" - "İnter" - 1:3
Qollar: Edin Dzeko, 15, Mauro İkardo, 67, Mauro İkardo, 77, Matias Vesino, 87
saytlarin hazirlanmasi