İtaliya A seriyasının 2-ci turunda doğma meydanına “İnter”ə 1:3 hesabı ilə uduzan “Roma”nın baş məşqçisi Eusebio Di Françesko oyundan sonra matçla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, səhvlərdən uduzduqlarını bildirib:
“Yaxşı oynasaq da, nəticə qazanmadıq. Müdafiə xəttində etdiyimiz səhvlərə görə uduzduq. Yaxşı oyunun qarşılığnda bu cür səhvlər bağışlanılmazdır. Oyuna nəzarət edən tərəf biz olsaq da, fürsətləri əldən verdik”.
Mütəxəssis Çempionlar Liqasında yer aldıqları C qrupu barədə də danışıb. O, təmsilçimiz "Qarabağ" barədə də danışıb:
"Asan qrupa düşməmişik. Rəqiblərimiz kifayət qədər səviyyəlidir. "Atletiko" son zaman ÇL-də uğurlu çıxış edir. "Çelsi" isə Kontenin rəhbərliyi altında uğurlu çıxış edir. "Qarabağ" zəif komanda hesab edilə bilər, ancaq düşünürəm ki, onlar asan şəkildə heç bir komandaya təslim olmayacaq".
Qeyd edək ki, "Roma" qrupda ilk matçını "Atletiko"ya qarşı keçirəcək.
saytlarin hazirlanmasi