DÇ-2018-in seçmə mərhələsində millimizin Norveçlə səfər matçını idarə edəcək Daniel Stefanski karyerası ərzində 2-ci dəfədi ki, təmsilçimizin oyununa təyinat alır.
Sportal.az xəbər verir ki, polşalı fit sahibi ötən il “Qəbələ”nin avroliqada “Lill”lə Fransadakı oyununda (1:1) fit çalıb. 40 yaşlı ədalət təmsilçisi həmin görüşdə “qırmızı-qaralar”ın 2, rəqibin 1 futbolçusuna sarı vərəqə göstərmişdi.
Qeyd edək ki, Norveç - Azərbaycan matçı sentyabrın 1-də Oslodakı “Ulleval” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi