Millimiz futbolçuları internat məktəbini ziyarət etdilər

11:22 - 29 Avqust 2017

Millimizin üzvləri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət ediblər.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçi Robert Prosineçki, onun köməkçiləri və futbolçu heyəti sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlarla görüşərək səmimi söhbət ediblər. Onlar, həmçinin, uşaqlarla futbol oynayıblar.

 

Qeyd edək ki, Azərbaycan millisi hazırda Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda keçirəcəyi oyunlara hazırlaşır.

Xəbər xətti