"Liverpul" "Barselona"nın Filipe Koutinyo üçün göndərdiyi növbəti təklifi qəbul edib.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu tezliklə "Barselona"ya transferi rəsmiləşəcək. Bu keçid üçün isə Kataloniya klubu "qırmızılar"a 160 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2013-cü ildə 8,5 milyon funt-sterlinq qarşılığında "İnter"dən "Liverpul"a keçmişdi.
saytlarin hazirlanmasi