"Altınordu"nun modelini Azərbaycanda da tətbiq edəcəyik"

13:54 - 30 Avqust 2017

Azərbaycan millisinin U-15 və U-16 komandalarının baş məşqçisi Vüqar Məmməd Türkiyəyə səfər edib. Gənc mütəxəssis qardaş ölkənin "Altınordu" klubu ilə yaxından tanış olub.

 

Sportal.az xəbər verir ki, Vüqar Məmməd Küveytin "El Arabi" klubunun idman direktoru Xalid Albaqani ilə birgə İzmir təmsilçisinin düşərgəsində olublar. "Altınordu"nun bazasını gəzən Vüqar Məmməd və Xalid Albaqani ilə birgə "Altınordu"nun çalışdırıcısı Hüseyn Eroğlu da birgə olub.

 

Vüqar Məmməd Türkiyə mətbuatına açıqlamasında "Altınordu"nu yaxından izlədiyini bildirib: "Altınordu"nun aşağı yaş qrupları ilə iki mövsümdür ki, yaxından maraqlanıram. Bu komandanın şəraiti "Trabzonspor"la "Beşiktaş"dan daha yaxşıdır. Bu modeli Azərbaycanda da tətbiq edəcəyik".

 

Küveytli Xalid Albaqani isə "Altınordu" ilə işbirliyi görəcəklərini açıqlayıb.

 

"Altınordu"nun çalışdırıcısı Hüseyn Eroğlu isə bunları söyləyib: "Təcrübəmizi hər kəslə paylaşmağa hazırıq. Qarşılıqlı fikirlər və alış-veriş də şərtdir".

 

Qeyd edək ki, "Altınordu" Türkiyə futboluna bir çox məşhur oyunçular bəxş edib.

Xəbər xətti