21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün AVRO-2019-un seçmə mərhələsində ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası səfərdə İsrailin qonağı olub. Rəqib matçın 24-cü dəqiqəsində azlıqda qalmasına baxmayaraq yığmamıza 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız kimi bugünkü matç İsrail üçün də seçmə mərhələdə ilk görüş olub.
Avropa çempionatı, seçmə mərhələ
V qrup
31 avqust
İsrail - Azərbaycan - 3:1
Qollar: Moti Barşazki, 12, Elyel Perez, 37, Maksim Plakuşçenko, 57 - Elnur Cəfərov, 70
Qırmızı vərəqə: Neta Lavi, 24 (İsrail)