"Baş məşqçinin dediyi kimi, bizimçün vacib oyundur".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov deyib. Yığmamız DÇ-2108-in seçmə mərhələsində sabah səfərdə Norveç millisinin qonağı olacaq.
Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən müdafiəçi fikirlərini bildirib: "Yaxşı hazırlaşmışıq və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, yaxşı nəticə qazanmağa çalışacağıq. Məğlubiyyətdən başqa istənilən nəticə bizi qane edəcək. Ümid edirəm ki, azarkeşlərimizi sevindirə biləcəyik".
Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi